Ana səhifə / Şou Biznes / Xarici dil öyrənmək beynin fəaliyyətini yaxşılaşdırır

Xarici dil öyrənmək beynin fəaliyyətini yaxşılaşdırır

Helsinki Universitetinin alimləri bildirirlər ki, xarici dil öyrənmək insan beyninin elastikliyini və onun informasiyanı kodlaşdırmaq qabiliyyətini artırır.

Tədqiqatda qeyd edilir ki, insan nə qədər çox xarici dil öyrənsə, onun beyni öyrənmə prosesində toplanmış məlumata bir o qədər çevik reaksiya verir və həmin informasiya ilə bir o qədər səmərəli işləyə bilir.

Azərtac xəbər verir ki, finlandiyalı mütəxəssislər 22 tələbə (10 kişi və 12 qadın) arasında eksperiment apararaq elektroensefaloqrafiyanın köməyi ilə onların beyninin elektrik fəallığını qiymətləndiriblər. Başlarına elektrodlar yerləşdirilmiş eksperiment iştirakçıları müxtəlif sözlərin həm öz ana dilində, həm də xarici dillərdə lent yazılarını dinləyiblər. Tələbələr onlara məlum olan və ya tanış olmayan sözləri eşidəndə beynin fəallığında baş verən dəyişikliklər müşahidə olunub və tədqiqatçılar tanış olmayan sözlərin qiymətləndirilməsi üçün beynin öz fəallığını hansı sürətlə təshih etməsinə fikir veriblər. Eksperiment göstərib ki, bəzi xarici dillərlə tanış olan sınaq iştirakçılarının beyninin elektrik fəallığı daha yüksək olub.

İnsan nə qədər çox dil bilirsə, onun beynində təzə sözlər haqqında informasiyanı kodlaşdıran neyron şəbəkəsi bir o qədər sürətlə formalaşır. Deməli, bu yeni məlumatlar beynin fiziologiyasının təkmilləşməsinə stimul yaradır və beyində çoxlu yeni biliklər formalaşır. Ekspertlər hesab edirlər ki, bu halda beynin elastikliyi artır. Alimlər bildirirlər ki, neyron şəbəkələrinin yaranması və möhkəmlənməsi prinsipləri barədə daha tam təsəvvür yarandıqda onlar bu mexanizmlərdən təlim prosesinin sürətləndirilməsi və yaxşılaşması üçün istifadə edə biləcəklər.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın