Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / “Xaricdə oxuyanlar Azərbaycana “Kalaşnikov”la, “Molotov kokteyli” ilə döndülər”

“Xaricdə oxuyanlar Azərbaycana “Kalaşnikov”la, “Molotov kokteyli” ilə döndülər”

“Xaricdə oxuyanlar Azərbaycana dönəndə avtomat Kalaşnikov, “molotov kokteyli”,  silah gətirdi”.

Moderator.az xəbər verir ki, bu fikri parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov  Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik zamanı səsləndirib.

Onun sözlərinə görə, bu gün Azərbaycan hakimiyyəti dövlət xətti ilə xaricə dini təhsil almaq üçün tələbə göndərmir: “Gedənlər ancaq öz xətti ilə gedir. Orada təhsil alıb gəldikdən sonra təhsil aldığı ölkənin ab-havasını bura  gətirməyə çalışır. Elə Nardaran hadisəsi də bunun nəticəsidir və onun acı təcrübəsinin şahidi olduq. Onlar xaricə dini təhsil almaq üçün göndərildi, amma onlar geriyə avtomat “Kalaşnikov”la, “Molotov kokteyli” ilə  döndülər. Belə olmaz.”

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın