Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Xaricdə evi olan azərbaycanlı məşhurlar – Siyahı

Xaricdə evi olan azərbaycanlı məşhurlar – Siyahı

Şou-biznesin bir çox tanınmış simaları zaman-zaman bahalı mal-mülkləri ilə gündəmə gəlirlər. Bəziləri aldıqları evləri gizli saxlasa da, çoxları Azərbaycandan kənarda da evlərinin olduğunu gizlətmirlər.

– Xalq artisti Röya Ayxanın İstanbulda evi var. Lakin müğənni 5 ildir ki, Bakıda olan bağ evini hələ təmir edə bilmədiyini söyləyib.

– İkinci dəfə ailə quran müğənni Zamiq Hüseynov bir neçə il bundan əvvəl İstanbulda mənzil alıb.

– Xalq artisti Tünzalə Ağayevanın Bodrumda evi var.

– Müğənni Samir Piriyevin də Bodrumda evi var. Artıq ifaçı bir ildən çoxdur ki, Türkiyədə yaşayır.

– Xalq artisti Səməd Səmədov Bodrumda ev alan məşhurlardandır.

– Müğənni Elvin Abdullayev Ankarada ev alıb.

– Müğənni Elariz Məmmədoğlu bir neçə il əvvəl İstanbulda ev alıb. Hazırda ifaçının oğlu İstanbulda, özü isə ABŞ-da yaşayır.

– Müğənni Ayan Babakişiyeva illər öncə Bakıdakı evini satıb, Türkiyədə ev alıb, orada yaşayıb. Hazırda Bakıdadır.

– Müğənni Nadir Qafarzadə İstanbulda ev alıb, lakin ifaçı həmin evi pandemiya vaxtı satıb.

– Xalq artisti Brilyant Dadaşova da illər əvvəl İstanbulda ev alıb.

– Prodüser Tolik (Tarix Əliyev) də Türkiyədə evi olan məşhurlardandır.

– Günel Zeynalova Türkiyədə evi olsa da, kirayədə yaşayır. Öz evində isə valideynləri qalır. Lent.az

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …