Bazar , Noyabr 29 2020
Ana səhifə / Şou Biznes / “Xaricdə təhsil almağa göndəriləcək tələbələr üçün…” – Nazir

“Xaricdə təhsil almağa göndəriləcək tələbələr üçün…” – Nazir

“Xaricdə təhsili üzrə birinci Dövlət Proqramında (2007-2015) 3500-dən artıq tələbə, magistr və doktorant bu proqram üzrə təhsil almaq hüququ əldə ediblər, 1500 beş yüzdən çox tələbə bu gün də təhsillərini davam etdirirlər”.

“Qafqazinfo” xəbər verir ki, Təhsil naziri Mikayıl Cabbarov blogger Vyaçeslav Sapunova müsahibəsində xaricdə təhsillə bağlı suala cavab verərkən belə deyib:

“Həmkarlarımla hökümətdə müzakirələrin gedişatında gənclərin xaricdə təhsili üzrə birinci Dövlət Proqramının (2007-2015) həyata keçirilməsindən sonra toplanmış təcrübənin öyrənilməsi məqsədilə birillik fasilənin götürülməsinə dair qərar qəbul edilib. Əvvəlcədən bildirdiyimiz kimi, ikinci proqramın fokusu xaricə tələbə göndərilməsindən yerli ali təhsil müəssisələrinin elmi-pedaqoji potensialının möhkəmləndirilməsinə yönəldiləcək. Bunun üçün universitetlərimizdə dərs demək üçün qabaqcıl əcnəbi mütəxəssisləri dəvət etməyi planlaşdırırıq. Xaricdə təhsil almağa göndəriləcək tələbələr üçün (ilk növbədə magistr və doktorantlar) say kvotasının tətbiqi təklif olunur.

Ali məktəblər də öz növbəsində xarici mütəxəssislərin cəlb edilməsindən daha çox fayda götürəcəyimiz istiqamətlər üzrə təkliflər təqdim edəcəklər. Bu iş sosial-iqtisadi inkişafın prioritet və tələblərinə, yeni iqtisadi şəraitdə milli iqtisadiyyatın qabaqcıl sahələri üzrə mütəxəsislər hazırlayan təhsil sahələrinə bilavasitə istinad olunmaqla koordinasiya ediləcək.

Təbii ki, bu onların bizə müraciətləri əsasında baş verəcək. Təxminən bu məsələlərin tam öyrənilməsi bir akademik ili əhatə edəcək. Ona görə də biz bu il qabaqcıl ali məktəblərimizə daha yüksək müsabiqə ilə qəbul gözləyirik. Həmçinin, ali təhsilini ingilis dilində almağa üstünlük verən abituriyentlər üçün qəbul imtahanlarını SAT formatında vermək imkanı olacaq. Bu imkan əvvəllər yalnız ADA Universitetinə qəbul olan tələbələr üçün mümkün idi. Nəticələr ürəkaçan olduğundan biz bu müsbət təcrübəni tədris proqramı ingilis dilində olan digər ali təhsil məktəblərinə də şamil etməyi planlaşdırırıq. Bu, təbii ki, onların bizə müraciətləri əsasında baş verəcək”.

Həmçinin oxuyun

Ata yurdu işğaldan azad olunan sənətkar: “O torpağın üstündə iməkləyəcəyəm”

“Ağdama biz bir toplu formasında gedəcəyik. Mən də bir əsgər kimi gedəcəm ora. Allah qismət …

Bir cavab yazın