Bazar , Avqust 18 2019
Ana səhifə / Şou Biznes / Xaricə çıxışınıza “STOP” qoyulubmu? — Burdan öyrənin

Xaricə çıxışınıza “STOP” qoyulubmu? — Burdan öyrənin

Azərbaycan vətəndaşları ölkədən xaricə çıxışlarına qadağa qoyulub-qoyulmadığını asanlıqla öyrənə biləcəklər.

Azinforum.az-ın Fins.az-a istinadən xəbər verir ki, bu, Ədliyyə Nazirliyinin istifadəyə verdiyi yeni elektron xidmət sayəsində mümkün olub.

Yeni xidmət “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumatın verilməsi” adlanır.

Bu xidmətdən istifadə edən vətəndaşlar öz şəxsiyyət vəsiqələrinin göstəricilərini daxil etməklə adlarının ölkədən çıxışına qadağa qoyulanlar arasınlda olub-olmadığını öyrənə biləcəklər.

Elektron xidmət pulsuzdur. Xidmətdən istifadə etmək üçün bu linkə daxil olmaq lazımdır.

Həmçinin oxuyun

“Kimin belə medalı var?” – Elnarə Xəlilova

Xəbər verdiyimiz kimi dünən müğənni Elnarə Xəlilova Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi münasibəti ilə general-polkovnik …

Bir cavab yazın