Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Şou Biznes / Xanlar Zeynalovu təkzib elətdirmək istəyirlər

Xanlar Zeynalovu təkzib elətdirmək istəyirlər

İki gün əvvəl Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi-Baş icra məmuru, III dərəcəli dövlət ədliyyə müşaviri Xanlar Zeynal oğlu Zeynalov vəzifəsindən getməsi ilə bağlı unikal.org-a açıqlama verib. Bu məlumat Azərbaycanın bir sıra Kütləvi İnformasiya Vasitlərində yayımlanmış və gündəmini zəbt etmişdi.
Bu gün isə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda, X.Zeynalovun işdən çıxarılması ilə bağlı “xəbərlər təmamilə yalandır” fikri səsləndirilib. Guya, general iş başındadır, bu cür xəbərlər əsassız və qeyri-dəqiqdir.
Əvvəla unikal.org olaraq bildirik ki, biz hər hansısa bir informasiyanı dəqiqləşdirməmiş yaymırıq. Məsələ ilə bağlı etik davranış qaydalarını və prinsiplərini qoruyaraq cənab generalla əlaqə saxladığımız mobil nömrənin qısa rəqəmlərini-050-211-22.. yazmaq məcburiyyətindəyik.
Qeyd etmək istəyirik ki, biz 21 mart tarixində gecə saat 11:00 radələrində generalla sözügedən nömrə ilə əlaqə saxladıq. O, özü Unikal.org-a danışaraq işdən çıxması ilə bağlı bunları deyib: “Mən uzun müddətli məzuniyyətə çıxmışam. Mart ayının 19-da işçiləri yığdım onlarla sağollaşdım və işlərində möhkəm olmağı tövsiyyə etdim. Məni Bakı Appelliyasiya Məhkəməsinin hakimi Nurəddin Mustafayev əvəz edəcək. O, əvvəllər Sabayil Rayon İcra şöbəsinin rəisi vəzifəsində çalışıb”.

Unikal.org-a məxsus informasiyanı digər saytlarda təkzib etdirməyə cəhd edən Ədliyyə Nazirliyinin mətbuat xidməti nədənsə sonradan Rasim adlı əməkdaşı vasitəsilə bizimlə əlaqə saxlayıb, bu barədə heç bir KİV-ə informasiya vermədiklərini qeyd edibl: “Əgər general özü bu barədə danışıbsa, biz onun danışıqlarına heç bir şərh vermirik”.

Həmçinin oxuyun

“Camaatın cibində pul var ki, toy edə?” – Niyam Salami

Müğənni Niyam Salami “Hər səhər Mətanətlə” proqramında qonaq olub.Müğənni həmkarlarının toyla bağlı narahatçılıqlarına etiraz edib:“İndi …

Bir cavab yazın