Ana səhifə / Şou Biznes / Xanımların serial asıllığı – VİDEO

Xanımların serial asıllığı – VİDEO

Sir deyil ki, bu gün seriallar daha çox baxılan televiziya proqramları sırasında ilk yerlərdə durur. Həyatın vazkeçilməz bir parçasına çevrilən bu seriaların əsas auditoriyası isə təbii ki, qadınlardır. Xüsuilə də evdar qadınlar.

ARB TV-nin “Günə doğru” verilişində mövzu ilə bağlı maraqlı sujet hazırlanıb.

Belə ki, xanımlar bununla həm dincəlir, həm də öz sözləri ilə desək fikirlərini saxlayırlar. Ev işlərindən, uşaqların qayğısından, yoldaşına xidmətdən sonra serial izləmək əsas məşğuliyyətə çevrilir. Hətta bəzən ön plana da keçir.

Sakin: “Tək oluram evdə ona görə baxıram. Fikrimi saxlayıram”.

Sakin: “İşimi atıram, əyləşirəm ancaq ona baxıram. Axıra qədər baxırıq. Ertədən xörəyimiz edirik əyləşirik rahat-rahat baxırıq”.

Sakin: “Mən də elə həmçinin. seriallara baxıram. Həm də iş görürük, həm də ona baxırıq”.

Sakin: “İşimizi qurtarandan sonra oturub baxırıq. Bekarçılıq vaxtlarımızda baxırıq. Boş vaxt olanda, axşam olanda youtubda baxırıq. Vaxtında baxa bilməsək də sonra qoyub baxırıq”.

Hətda bəzən seriallar qadınlarda o qədər asılılıq yaradır ki, bir bölümünü belə ötürməyi düşünmürlər:

Sakin: “Mən ona baxmasam ölərəm”.

Sakin: “Mənim Qardaşım arvadının 70 yaşı var. O, 1 dənə serialı buraxmaz”.

Serial başlayanda yada nə yemək düşür, nə də ocaqda olan xörək:

Sakin: “Adamın fikri qalır. Görürsən ki, işlər yaddan çıxıb qalır”.

Sakin: “Yemək bişirəndə yadımdan çıxıb seriala baxmışam, yemək yanıb”.

Amma bununla yanaşı serilları işlərini planlayarq izləyənlər də var:

Sakin: “Bilirəm serial nə vaxt başlayır. Ondan qabaq hər şeyi “paryadok” edirəm sonra otrurub baxıram”.

Sakin: “İşlərimi görüb oturub baxıram”

Psixoloqlar hesab edir ki, seriallara evdar qadınların daha çox baxmasının əsas səbəbi çoxunun maraq dairəsinin məhdud olmasıdır. Buna görə də onlar serialları izləməklə öz həyatlarını daha maraqlı, daha dolğun etdiklərini düşünür, hardasa psixoloji, mənəvi rahatlıq tapırlar. Amma bir əsas faktor unudulmamlıdır:

Şahin Mehrəliyev – Psixoloq: “Əgər biz xarixci seriallara baxırıqsa istər-istəməz onların mentalitetini özümüzə götürürük. Bu da sonralar bir çox yanlış davranışlara səbəb olur, ailə problemlərinə gətirib çıxarır. Elə məsələlər var ki, bu insanda bir var şüurüstü səviyyədə həll olunur, bir də var ki, şüuraltı səviyyədə həll olunur. İnsanların 90 faiz davranışları şüuraltıya söykənir”.

Sevindirici bir hal odur ki, son illər artıq yerli serialların çəkilməsinə başlanıb və bunlara kifayət qədər maraq da var:

Sakin: “Öz seraillarımıza baxıram. Həyata yaxındırlar”.

Sakin: ““Günəşim ol”, “Cehizsiz gəlinlər”, “Məryəm”ə baxıram. Mən pensiyaner adamam. Oturub baxıram”.

Aldatma, qadağan əlaqələr, dəyərlərə həqarət kimi hadisələrin tez-tez yer aldığı serialları izləyənlər burada baş verənlərin təsiri altında qalır. Uzun illər kolumbiya, braziliya serialalrının nümayişi cəmiyyətdə çox da yaxşı iz qoymayıb. Unutmaq olmaz ki, istənilən film və ya serialda müəyyən qədər həyati faktorlar yer alsa da əsasən yazıçının, ssenaristin təxəyyülünün məhsuludur. Amma bizim insanlar o serialalra baxnda onu real olaraq daha çox qəbul edir və özləri də həyata keçirməyə cəhd göstərirlər.

Şahin Mehrəliyev – Psixoloq: “Əgər maddi problem varsa ailədə, yoldaşı yaxşı qazanc gətirmirsə, qadın serialda baxıb görür ki, burda varlı həyat, lüks həyat var. İstər-istəməz onu seyr edən qadın düşünür ki, mənim də fərqli həyatım olsun. Bunu sözlə də deməsə hansısa bir bəhanə gətirib konflikt yarada bilər.

Bu da bəzən hətta ailələrin dağlmasına qədər xoşagəlməz sonluqla nəticələnir. Mütəxəssislər mentaliteimizə, adət-ənələrimiə uyğun, etnopsixoloji seriaların çəkilməsinin tərəfadrıdır..

Şahin Mehrəliyev – Psixoloq: “Çox istəyərdim ki, bizim yerli seriallara mütəxəssislər dəvət olunsun, psixoloqlar dəvət olunsun, onlar o ssenariləri oxusunlar, orda öz qiymətlərini versinlər. Yəni desinlər ki, bu serial mentalitetimizə uyğundurmu. Psixoloji baxımdan seriallar mütləq nəzərdən keçirilməlidir.

Tələbat, istək varsa, seriallara mütləq baxılacaq yerli və ya xarici fərqi yoxdur. Yerli seriallarımızın auditoriyasını genişləndirməyin yeganə yolu isə bu sahədə professional ssenarist və rejissorların, peşəkar aktyorların çalışmasıdır. Onda heç bir serial həvəskarı pultun düymələrini xarici teleserialların axtarışına kökləməz .

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın