Cümə , Fevral 23 2024
Ana səhifə / Şou Biznes / “Xanımımdan üzr istəmərəm, evin kişisiyəm” – Tacir Şahmalıoğlu

“Xanımımdan üzr istəmərəm, evin kişisiyəm” – Tacir Şahmalıoğlu

“Həyat yoldaşım qısqancdır. Amma onu qısqandıracaq nəsə etmirəm. Onun işinə qarışmıram”.

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Tacir Şahmalıoğlu “Rəngarəng səhər” proqramında deyib. Sənətçi həyat yoldaşı Kəmalə xanımdan danışaraq bunları söyləyib:

“Dindardır, namaz qılır. Evdə oturub balarına baxır. Hər bir ailəyə Kəmalə kimi qadın arzulayıram. Bir dəfə qəlbimə dəyməyib, 24 saat qulluğumdadır. Ürəyi nə istəyir alıram. Qadınlara qızıl hədiyyə edirsən, bununla da könlünü alırsan. Ad günündə, başqa günlərdə alıram. Arvaddan üzr istəmərəm, evin kişisiyəm. Amma xanımımla qarşılıqlı hörmət edirik bir-birimizə”.

Həmçinin oxuyun

“Cəmi 2 ay ailəli olmuşam, məni döyürdü” – Əməkdar artist

“Cəmi iki ay ailəli olmuşam. Toydan 2 ay sonra ayrıldım”. Bu sözləri Əməkdar artist Sevinc …