Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Xanımı polisə rüşvət təklif edən səfir vəzifədən alındı

Xanımı polisə rüşvət təklif edən səfir vəzifədən alındı

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev bu gün imzaladığı sərəncamla Elman Hidayət oğlu Zeynalovu Azərbaycanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıb.

“Qafqazinfo” xəbər verir ki, adıçəkilən səfir bir müddət öncə həyat yoldaşı Nəzirə Zeynalovanın polisə rüşvət təklif etməsi ilə mətbuatın gündəminə gəlmişdi.

Xatırladaq ki, həmin xəbərdə səfir xanımının sürücülük vəsiqəsi almaq üçün Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinin yerli müffətişliyinə heç bir izahat vermədən 500 avro rüşvət təklif etdiyi qeyd edilmişdi. Latviyalı müffəttişlərin səfir xanımının bu davranışından şikayətçi olduğu və məsələ ilə bağlı həmin ölkədə cinayət işi açılmağı bildirilirdi.

Eks-səfir Elman Zeynalov isə bu məlumatları əsassız adlandıraraq xanımının polisə 500 avro yox, sadəcə 50 avro Yeni il hədiyyəsi verdiyini qeyd etmişdi.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın