Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / “Xanımı mənə mesaj yazan sevgilindən danışırsan?”

“Xanımı mənə mesaj yazan sevgilindən danışırsan?”

Prodüser Təranə Səmədova ilə müğənni Rəqsanə İsmayılova arasında illərdir davam edən qalmaqal yenidən alovlanıb. “Qafqazinfo” xəbər verir ki, buna səbəb Təranənin “ATV maqazin onlarla” proqramında Rəqsanə barədə açıqlamaları olub.  

Təranə verilişdə ad çəkmədən həbsə düşməsində çalışdığı xanım müğənnilərdən birinin əli olduğunu qeyd edib. Bundan əlavə, o, Rəqsanənin bir müddət əvvəl modelyer sözünü “madalyer” kimi işlətməsini də ələ salıb. Prodüser, həmçinin Rəqsanəni zövqsüz və vicdanı olmayan bir müğənni adlandırıb. 

Rəqsanənin cavab açıqlamasını isə jurnalist Türkan Məmmədli yayıb.

Müğənni Təranəni “axmaq” adlandıraraq evli kişi ilə sevgili olmaqda ittiham edib:

“Həbsdən sonra da məni unutmayıb. Hara gedirsə, məndən danışır. Susuram, elə bilir ki, deməyə sözüm yoxdur. Kaş ki, sənin həbsxanaya girməyində mənim əlim olardı. Onda fəxr edərdim ki, sənin kimi lazımsız insanın ora düşməsinə səbəbkar olmuşam. Axmaq bir insansan! Qanunlarımız düzgün işləyir. Amma gərək sən azadlığa çıxmayardın. Çünki həbsdən sonra dilin daha da uzandı.

Vaxtı ilə efirlərə çıxırdın, Fərid və Faiq Azayevlər barəsində deyirdin ki, atandır.  Ata dediyin insanların “qızları” səni həbs etdirib. Sən hansı vicdandan danışa bilərsən? Qəzaya düşmüşdün, qolusınıq halda qızımın adına nömrə açıb “odnoklassnik”ə qoydun. Hansı sevgilindən danışırsan? Hava limanında çalışan? İstəyirsən ki, onun atasına zəng vurub deyim ki, oğlunu yığışdır? Məni bu həddə çatdırma! Hansı sevgili? Onun həyat yoldaşı mənə “whatsapp”da gözyaşı axıdır. Həmin qadının da evini yıxmısan”.

Müğənni prodüserin “Hər şey daxil” proqramında söylədiyi borc məsələsinə də aydınlıq gətirib:  “Tolikin verilişində deyirsən ki, anam Rəqsanəyə deyib ki, borcunu bağlasın. Mənim sənə borcum var? Hansı borc? Bakı şəhər Baş Polis İdarəsində tanımadığım yaşlı kişiləri üzümə qoydun. Axırda səni tək qoydular, dedilər ki, bizi qorxudurlar. Allah səni ora da saldı. Amma mən xoşbəxtəm. Mən sənə hörmət etdim, susdum”. 

Bundan əlavə, ifaçı “madalyer” mövzusuna da toxunub: “Efirdə “madalyer” sözünü demişəm. Rayon qızı olmuşam, indi isə tanınan biriyəm. Mən olduğum məclislərə bu gün camaat həsəd aparır ki, düşsün ora. Dünya modelyerlərindən paltarlar götürürdüm. Sən mənim yanıma gələndə nə gündə geyinirdin? Mənə disk daşıyırdın. Mənə nə etmisən? Layihə etmisən, məni tanıtdırmısan? Həbsxanaya girdin, yazdın ki, öz etdiklərinin cəzasını çəkmisən. Mənim başıma açmadığın oyunlar qalmayıb. Sizdən canımı qutarıb Rusiyaya köçdüm”. 

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …