Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Xanım yazar kişiləri necə “ovlamağın” yollarını izah edir

Xanım yazar kişiləri necə “ovlamağın” yollarını izah edir

Əgər bir kişidə bahalı avtomobil, ev, mobil telefon varsa, bu o demək deyil ki, o varlıdır, bu o deməkdir ki, onun maaşı 2000 manat ola bilər, aylıq ipoteka krediti üzrə minimum 400 manat, avtomobil krediti üzrə 400 manat, mobil telefon üzrə minimum 200 manat istehlak və ya məişət krediti var, yəni ay ərzində 2000 manat maaşın minimum 1000 manatı hər ay kredit ödəməyə gedir, aldığı ev, avtomobil ödəniş təminatı kimi girovda ola bilər… Ehtiyatlı olun, aldanmayın…
O, qeyri-qanuni gəlir mənbəyinə də sahib ola bilər ki, bu da vergidən yayınma deməkdir və maliyyə cinayətidir, inzibati və cinayət məsuliyyətinə cəlb edilə bilər…
Əgər bir kişinin sizdən xoşu gəlirsə və fikri ciddidirsə, özünü yaxşı insan kimi göstərirsə, onu tanımaq və sınamaq üçün deyin ki, “Bakirə deyilsiniz”, bakirə olsanız belə, əgər bu faktı bilən kişi sənə yataq və seks təklif etməsə və fikrindən dönməzsə, ayrılmazsa, ona ərə gedə bilərsiniz… Əgər bu faktı bilən kişi sizə olan münasibətini kəskin dəyişərsə, əxlaqsız təkliflər edərsə, moment yapışqanı kimi yapışarsa, əl-qol atarsa, fikrindən dönərsə, o zaman o kişidən uzaq durun…
İndi 3 dəfə evlənib, boşanmış, dul qalmış, 50-70 yaşlı kişi belə evlənmək üçün bakirə qız axtarır…
Əgər sizin keyfiyyətli şəkil çəkmək imkanınız yoxdursa, bunu kiməsə bildirməyin və şəkil çəkdirməyin, çünki başqa şəxsin telefonu və ya fotoaparatı ilə çəkilən şəkillərin azdırılması, sizə ötürülməməsi ehtimalı böyükdür, yox əgər şəklinizi çəkən şəxs kişidirsə, o zaman o, çalışacaq ki, bu vəziyyətdən sui istifadə etsin, şəklinizi çəkəndən sonra sizə onu dərhal ötürmək kimi xoş niyyəti ilə sizin nömrənizi, sosial şəbəkədəki profilinizi öyrənmiş imkanı olacaqdır, whatsapp, viber, facebookla ötürmək imkanından dərhal istifadə edəcəkdir…
Odur ki, şəkil xəstəsi olmayın, oldunuzsa, əlinizdə hökmən şəkil çəkəcək aparat, texnika olsun, yoxsa kişilərin sizinlə tanış olmaq üçün yeni versiyasının qurbanı olacaqsınız…
Əgər hələ ərə getməmisinizsə, amma oyaqsınızsa, maariflənmiş insansınızsa, əsla, qadın və kişinin potensiyasını qaldıran qida vasitələrini qəbul etməyin… Qəbul etsəniz, yanınızda kişi olsa, yanacaqsınız və yandıracaqsınız, sonra da iş işdən keçəcəkdir… Sonra ayılacaqsınız ki, artıq qız yox, qadınsınız və həmin kişi artıq sizi ya şantaj edəcəkdir, ya da ardıcıl intim əlaqələrin olmasına təşviq edəcəkdir… Odur ki, harada, nə zaman, necə, nə yediyinizə və içdiyinizə fikir verin, potensiya artıran qida məhsulları ilə tanış olun…
Kişi üçün fərq etməz, o, onu yesə də, yeməsə də, hər zaman aktivdir, potensiyası yerindədir, yanır… Olan siz qızlara olacaqdır… Vaxtından qabaq yanacaqsınız…

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın