Bazar , Yanvar 24 2021
Ana səhifə / Şou Biznes / Xanım müğənnimizin bacısı və övladları da koronavirusa yoluxdu

Xanım müğənnimizin bacısı və övladları da koronavirusa yoluxdu

Əməkdar artist Lalə Məmmədovanın bacısı koronavirus infeksiyasına yoluxub.
Bu haqda axşam.az-a açıqlamasında müğənni özü məlumat verib. O bildirib ki, virus onun da ailəsindən yan keçməyib:
“Bacım və övladları koronavirusa yoluxdular. Şükür, indi yaxşıdılar”.
Karantin boyunca heç bir efirə qatılmayan Məmmədova bütün gününü övladları ilə keçirdiyini deyib:
“Həmin ərəfədə yalnız övladlarım və ailəmlə oldum. Dəvət edirdilər, sadəcə, ruh halım o deyildi. Bağımda, ailəmlə birlikdə oldum. Bu günümüzə də şükür”.
L.Məmmədova ölkə başçısının hədiyyə etdiyi evdən də söz açıb. O bildirib ki, evin təmir işləri artıq başa çatıb:
“Hələ köçməmişəm”.

Həmçinin oxuyun

“Bir az kökələn kimi başqa sözlər yazırlar” – Könül Kərimova

Birini, ikisini oxudum, fikir vermədim. Bir haqlı tənqid tapmadım ki, sakitləşim. Biri deyir parik qoymusan. …