Ana səhifə / Şou Biznes / “Xalqın bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz” – Sərt açıqlama

“Xalqın bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz” – Sərt açıqlama

YAP Siyasi Şurasının üzvü, millət vəkili Yevda Abramov Cəbrayıl rayon icra hakimiyyətinin başçısının rayonda bahalaşma əleyihinə keçirilən etiraz zamanı vətəndaşları təhqir etməsinə münasibət bildirib.

Y. Abramov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, ölkə başçısının dedikləri hamı üçün qanundur: “Cənab prezident deyir ki, hər bir məmur yerində olmalıdır. Bu çətin vaxtlarda vətəndaşları qəbul etmək lazımdır. Onların narazılıqlarına biganə qalmamalıdırlar. Bu narazılıqlar obyektiv səbəblərə söykənibsə, problemi aradan qaldırmaq lazımdır. Süni qiymət artımı olmamalıdır. Xalq onsuz da çətinlik çəkir. Əlavə çətinlik də məmur tərəfindən yaradılmamalıdır. Mən istəyərəm ki, cəmiyyətdə normal demokratik bir quruluş bərqərar olsun. Fürsətdən istifadə etməsinlər.

Belə hadisələr bütün dünyada var. Qazaxıstanda devalvasiyası Azərbaycandan da güclüdür. Rusiyada devalvasiyaya bizdən əvvəl gedib. Ancaq Rusiyada yerli istehsal, ərzaq malları, strateji məhsullar bahalaşmayıb. Amma bizdə süni olaraq boşluqdan istifadə edirlər. Ona görə də cənab prezident həm Nazirlər Kabinetinin iclaslarında, həm də ayrı-ayrı çıxışlarında məmurların, icra başçılarının ünvanına dəfələrlə mesajlar göndərib. Hamı yerində olmalıdır.

Bu çətinlikdən birgə çıxmalıyıq. Ona görə də xalqın bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz. Buna Allah təala da, Qurani-Kərim də icazə vermir. Çətin anda alver də təmiz olmalıdır. Həddən çox gəlir əldə etmək niyyəti ola bilməz. Deməli, hansı rayonlarda belə hallar varsa, həmin rayonun məmurları, icra hakimiyyətləri başçıları yerində deyillər”.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın