Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / “Xalqıma hesabat verəcəyəm…”

“Xalqıma hesabat verəcəyəm…”

Musiqili Teatrda xalq artisti Afaq Bəşirqızının 60 illik yubileyi qeyd olunacaq.

Teatrdan Axar.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrinə əsasən, 7 noyabr saat 19.00-da Dövlət Musiqili Teatrında Afaq Bəşirqızının 60 illik yubileyi ilə bağlı tədbir keçiriləcək. Yubiley tədbiri çərçivəsində Afaq Bəşirqızının iştirakı ilə Əli Səmədlinin “Toya bir gün qalmış” komediyası nümayiş olunacaq. Tədbirlə bağlı danışan xalq artisti bu günün onun üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib:

“60 yaş insan ömrünün müdriklik zirvəsidir. Xüsusilə də bütün həyatını sənətə həsr etmiş sənətkar üçün belə bir zirvədə olmaq ikiqat məsuliyyət hissi yaradır. Bu tədbir öncəsi çox həyəcanlıyam. Hesab edirəm ki, yubiley tədbirimdə xalqıma hesabat verəcəyəm. Mənim iştirakımla “Toya bir gün qalmış” tamaşası nümayiş olunacaq. Mənə elə gəlir ki, həmin gün ilk dəfə səhnəyə çıxacağam. Bütün sənət dostlarımı, sadiq, əziz tamaşaçılarımı 7 noyabr tarixində Musiqili Teatra dəvət edirəm”

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu-rəssamı Nabat Səmədova, rejissor assistenti Tamilla Aslanovadır.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın