Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Xalq hərəkatının liderlərindən Məhəmməd Hatəmi Tantəkin xəstəxanaya qaldırıldı

Xalq hərəkatının liderlərindən Məhəmməd Hatəmi Tantəkin xəstəxanaya qaldırıldı

Milli azadlıq hərəkatının təməl daşını qoyanlardan və ilk yaradılan “Çənlibel” təşkilatının qurucusu Məhəmməd Hatəmi Tantəkinin durumu bir neçə gündür ki, sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Məhəmməd Hatəminin səhhəti çox ağırdır və bir neçə gündür ki, sosial şəbəkə istifadəçiləri ölkə rəhbərliyinə, Milli Məclisin deputatlarına və ictimai-siyasi xadimlərə müraciət ünvanlayırlar ki, məsələ həllini tapsın. Bir neçə günlük çağırışlardan sonra AMİP lideri Etibar Məmmədov və Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı Məhəmməd Hatəminin yanında olublar. Ağır vəziyyətdə olan Hatəminin üzərinə həkim çağırılıb və həkimlərin müayinəsindən sonra o, təcili tibbi yardım maşını ilə Bakı Sağlamlıq Mərkəzinə aparılıb.
Məhəmməd Hatəmi Bakı Sağlamlıq Mərkəzində reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun bazar ertəsinə qədər reanimasiyada qalacağını, bazar ertəsindən sonra xəstənin vəziyyətinə aydınlıq gətiriləcəyini dedilər (“Xural”).


Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın