Axşam.az xəbər verir ki, videonu xanəndənin oğlu anasının adı ilə idarə etdiyi səhifədə paylaşıb.

Görüntüdə xalq artistinin xəstə ikən mahnı oxuması əks olunub. Bu, sənətkarın son ifası olub.

Xatırladaq ki, səhhətində ciddi problemlər yaranan Q.Quliyeva Respublika Müalicəvi Diaqnoztika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həkimlər ona ürək, böyrək çatışmazlığı və ağ ciyərin sətəlcəmi diaqnozu qoymuşdu.