Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Xalq artistinin oğluna cinayət işi açıldı – ŞOK

Xalq artistinin oğluna cinayət işi açıldı – ŞOK

Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirova cinayət işi açılıb.

Aznews.az-ın məlumatına görə, Binəqədi Rayon Polis İdarəsində açılan cinayət işində o, 2 nəfərə qarşı dələduzluqda ittiham olunur. Məlum olub ki, həmin cinayət işində İ.Quliyevanın köməkçisi Mehriban Hüseynovanı həbs etdirməklə gündəmə gələn O.Nadirovun dostu Vüqar Bəkirovun da adı keçir. Məlumata görə, bir müddətdir ki, davam edən istintaq prosesində hər iki şəxsin cinayəti artıq sübuta yetirilib.

Qeyd olunur ki, bir müddət əvvəl bu dostların Heydər Əliyev adına Hava Limanında saxlanılaraq polisə aparılması da həmin cinayət işiylə bağlı olub.

Araşdırma zamanı həmçinin məlum olub ki, hazırda həbsdə olan V.Bəkirova Xətai Rayon Polis İdarəsi tərəfindən də cinayət işi açılıb. O, bu cinayət işində də dələduzluqda ittiham edilir.

Qeyd edək ki, İlhamə Quliyevanın keçmiş köməkçisinin onun haqqında ifşaedici məktub yaymasından sonra V.Bəkirov Yasamal Rayon Məhkəməsinə gətirilib, barəsində həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə (dələduzluq) ittiham edilir.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın