Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Xalq artistinin oğlu kömək istəyir: “Əməliyyata pul tapmırıq”

Xalq artistinin oğlu kömək istəyir: “Əməliyyata pul tapmırıq”

Azərbaycanın xalq artisti Eldəniz Zeynalovun aktyor oğlu Məmməd Zeynalovun vəziyyəti hələ də ağırdır.

Bu barədə AzVision.az Xalq artistinin qızı Gülbəniz Zeynalova bildirib.

Onun sözlərinə görə, qardaşının əməliyyatı üçün lazım olan pulu tapa bilmirlər: “Qardaşım müalicəsini ev şəraitində davam etdirir. Vəziyyəti getdikcə pisləşir. Böyrəklərində olan problemə görə gün ərzində dəfələrlə təzyiqi qalxır. Hər saatını nəzarətdə saxlayırıq ki, indicə təzyiqi qalxacaq. Həkimlər deyir ki, təcili əməliyyat olunmalıdır. Maddi vəziyyətimiz yaxşı deyil. Əməliyyata lazım olan pulu tapa bilmirik. Bir neçə dövlət qurumuna müraciət etmişik. Hələ bir cavab yoxdur. Hamınız narahatdır. Bilmirik onun vəziyyəti necə olacaq”.

Xalq artistinin qızı imkanlı şəxslərdən qardaşının əməliyyatı üçün onlara maddi yardım etməyi xahiş edib.

Qeyd edək ki, Məmməd Zeynalov mərhum Xalq artisti Eldəniz Zeynalovun oğludur. Cəfər Cabbarlı adına İrəvan Dövlət Teatrının aktyoru olan M.Zeynalov insult keçirib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın