Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Şou Biznes / Xalq artistindən gözlənilməz etiraf: “Mikayıl Müşfiqin taleyini yaşadım” – VİDEO

Xalq artistindən gözlənilməz etiraf: “Mikayıl Müşfiqin taleyini yaşadım” – VİDEO

“Allah Mikayıl Müşfiqə rəhmət eləsin! Onlar canlarını, həyatlarını həqiqət uğrunda fəda etdilər, şəhid oldular. Müşfiq erkən yaşlarında anasını itirmişdi. Ona görə yazdığı şeirdə “Ana dedim, fəqət onu görməz oldum yanımda…” ifadəsini işlədib. Müəyyən qədər Müşfiqlə mənim taleyimdə oxşarlıq var”.
Bu sözləri Xalq artisti Eyyub Yaqubov AzTV-də yayımlanan “Ağ qara” proqramında qonaq olarkən deyib.
Mikayıl Müsfiqin taleyindən bəhs edən sənətçi anasının itkisi ilə bağlı səmimi etirafları ilə diqqət çəkib:
“Anamı on beş yaşımda itirmişəm. Bu, insana çox təsir edir. Həsrət insanın içini yandırıb-yaxır. Ananı axtarırsan. Allah özünü ananın vasitəsi ilə göstərir. Peyğəmbərimiz də buyurub ki, cənnət anaların ayaqları altındadır. Ana sevgisi vicdanı, imanı olanların qəlbində yaşayır”.

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …