Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Xalq artisti xəstəxanadan evə buraxılıb

Xalq artisti xəstəxanadan evə buraxılıb

Xalq artisti Muxtar Maniyev xəstəxanadan evə buraxılıb.

M. Maniyevin ailəsindən verilən məlumata görə, aktyorun səhhəti stabilləşib: “Dünən həkimlər məsləhət gördü ki, ev şəraitində müalicəsi davam etdirilsin. Vəziyyəti ümumən qənaətbəxşdir, huşu özünə gəlib. Bu yaşda ona xəstəxanada qalmaq çətindir. Nə müalicə lazımdırsa, evdə olunacaq”.

Qeyd edək ki, M. Maniyev şəkərli diabetdən əziyyət çəkir. 2015-ci il avqustun 11-də xalq artistinin sol ayağı, bu ilin martın 15-də isə sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya olunub.

Xalq artisti M. Maniyev 1935-ci ildə Bakıda anadan olub. O, 150-dən çox Azərbaycan filmində müxtəlif dərəcəli rollar oynayıb.(Apa)

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın