Şənbə , Sentyabr 25 2021
Ana səhifə / Şou Biznes / Xalq artisti toy sahiblərini aldadıb – İTTİHAM

Xalq artisti toy sahiblərini aldadıb – İTTİHAM

“Eşitdiyimə görə, Səməd Səmədov bəzi toylara gedərkən mənim yerimə başqa qız aparıb, mənim disklərimdən istifadə edib. Fikirləşib ki, orada məni tanımayacaqlar…”

Bu sözləri müğənni Sevda Əliqızı deyib. ARB telekanalında yayımlanan “Həmin Zaur” proqramında qonaq olan müğənni Xalq artisti Səməd Səmədovun onun adından istifadə edərək toy sahiblərini aldatdığını iddia edib:

“Toylara yerimə başqa qız aparıb, mənim disklərimdən istifadə edib. Fikirləşib ki, orada məni tanımayacaqlar. Həmin yeni müğənni öyrənənə qədər bəzi toyları “yola veriblər”. Biz Səməd müəllimlə 15 il duet oxuduq, amma sonra bəzi söz-söhbətlər olduğuna görə ayrıldıq. Deyildi ki, guya prodüser qalmaqal yaradıb. Düşünüblər Sevda artıq yaşlandığı üçün cavan bir kadr götürmək lazımdır ki, nə isə yenilik etsinlər. Amma hələ ki, yenilik görmürəm”.

Həmçinin oxuyun

Maqsud hansı müğənniləri şantaj edib? – “Deyirdilər ki, qızım var, istəmirəm bu videonu görsün“

“Mən sosial şəbəkə hesabımda Maqsud Mahmudovun səs yazısını paylaşmışdım”. Bunu prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) …