Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Şou Biznes / Xalq artisti rəssam qızı barədə: “Nəzrin artıq üzdə olan insandır” – VİDEO

Xalq artisti rəssam qızı barədə: “Nəzrin artıq üzdə olan insandır” – VİDEO

“Qızım həm modelyer, həm də rəssamdır. İstər moda evləri, istərsə də geyim butikləri satılan libasları nümayiş etdirmək üçün ona müraciət edirlər. Bir çox makiyaj ustaları qızımı vizaj etmək istəyirlər. Amma bunlara razılıq vermir. Hərdən görürsən ki, gələn təklifə “hə” deyir. O da ona görə razılaşır ki, rəssam, üzdə olan insandır. Bu, artıq onun həyatıdır”.

Bu sözləri Xalq artisti Mələkxanım Əyyubova “Xəzər” televiziyasında yayımlanan “X Maqazin” proqramına verdiyi müsahibəsində deyib.

Rəssam qızı Nəzrin Nəcəfovadan söz açan Xalq artisti övladlarının gözə gəlməsindən qorxduğunu bildirib:

“Uşaqlarım balaca olandan o qədər evdə üzərlik yandırmışam ki, onlar indi də tez-tez məndən bunu etməyimi istəyirlər. Yadımdan da çıxanda özləri üzərlik yandırırlar. Üzərlik yandıranda artıq təsəlli tapırıq ki, özümüzü qoruduq. Hardasa inanırıq ki, yəqin bizə heç bir şey olmayacaq”.

Qeyd edək ki, Xalq artisti M.Əyyubovanın dörd övladı var. Qızı Nəzrin Nəcəfova peşəkar rəssamdır. Onun əl işləri bir çox ölkələrdə sərgilənib. Nəzrinin nişanlısı Təbriz isə dizaynerdir. oxu.az

Həmçinin oxuyun

Nigar Camal Solovyovun doğum gününü təbrik etdi

“Eurovision” 2011 qalibimiz Nigar Camal ermənipərəst rus aparıcı Vladimir Solovyovun doğum gününü təbrik edib. Yenisabah.az xəbər …