Cümə axşamı , Sentyabr 16 2021
Ana səhifə / Şou Biznes / Xalq artisti Rəqsanə və əkizlərə səsləndi: “Sənəti tapdalamayın”

Xalq artisti Rəqsanə və əkizlərə səsləndi: “Sənəti tapdalamayın”

“Rəqsanə, ora gələnlər sənin dostların, sənət yoldaşlarındır. 20-25 ildir sənətdəsən, həmin ifaçılarla konsertlərdə, toylarda çiyin-çiyinə olmusan. Gediblər pul qazanmağa. Niyə haqlarında elə deyirsən?”.

Bu sözləri Xalq artisti Səməd Səmədov müğənni Rəqsanə İsmayılovanın ünvanına deyib. Sənətçi Rəqsanənin Rusiyaya işləməyə gedən ifaçıları təhqir etməsinə münasibət bildirib.

S.Səmədov Sevil və Sevinc Səfərova bacılarının “Rusiyada göyərti qiymətinə oxuyurlar” sözlərini də tənqid edib:

“O ki qaldı ucuz, göyərti qiymətinə toya getməyə… Məsləhət görməzdim belə deyilsin. Göyərti qiymətinə getsələr də, deyin 10-20-30 minə toya gedirlər. Tapdalamayın… Musiqiçi dostlardan xahiş edirəm, bizim sənəti tapdalamayın”. / Axşam.az

Həmçinin oxuyun

Firəngiz Mütəllibova: “Səhnədə opüşüb-qucaqlaşan aktyorları da düşünün…”

“Teatr, səhnə üçün çox darıxıram, ora bizim ikinci evimizdir”.Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artsiti Firəngiz Mütəllibova deyib. Aktrisa rollarını …