Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / Şou Biznes / Xalq artisti “od püskürdü”: “Tüpürüm sizin əqidənizə, vicdanınıza!”

Xalq artisti “od püskürdü”: “Tüpürüm sizin əqidənizə, vicdanınıza!”

Xalq artisti Bilal Əliyev ölüm xəbərinin yayıılması ilə bağlı danışıb.

Yenisabah.az-a mövzu barədə açıqlama verən sənətçi bu xəbərləri yayanları sərt tənqid edib:

“Bir neçə gündür “TikTok”da haqqımda ölüm xəbərlərimi yayırlar. Görün bunlar nə qədər vicdansız adamlardır. Belə insanlara ayıb olsun! Ölüb yerə girmirlər, nə işləri var, nə gücləri. Gedib işləmirlər, ailələrinin qeyrətini çəkmirlər. Sizin nəyinizə lazımdır ki, kimsə ölüb, ya sağdır?! Hansı vicdanın sahibisiniz ki, sağlam insan haqqında belə informasiyalar yayırsınız? Olmayan bir şeyi necə mətbuatda yaymaq olar? Təkcə mənim haqqımda yox, digər sənətçilər haqda da belə xəbərləri tirajlayırlar. Allah belə insanların öz doğmalarını, özlərini öldürsün ki, xalqın canı belələrindən qurtarsın. Belə insanlar ibnədirlər! Onlar insan deyillər, elə bil onları anaları doğmayıb, hardansa gəlib bu dünyaya düşüblər. Bu etdikləri insanlıqdan uzaq şeydir. Öz aləmlərində guya “mırt tuturlar”. Belə iyrənc şeyləri necə yazıb-pozursunuz anlamıram… Biz sizin kimi murdar insanları heç insan da saymırıq. Siz insanlıqdan uzaqsınız. Tüpürüm sizin əqidənizə, vicdanınıza! Başqasında nöqsan axtarırlar, kül sizin başınıza, şərəfsiz insanlar! Allah özü də görür ki, siz özünüz nöqsanın, səhvlərin bataqlığında batırsınız. Özünüzə qiymət qoymursunuz”.

Qeyd edək ki, bir müddət əvvəl Xalq artisti Cavan Zeynallının da ölüm xəbəri yayılmışdı. Sənətçi açıqlama verərək yayılan xəbərlərin dezinformasiya olduğunu bildirmişdi. 

Həmçinin oxuyun

Koronavirusa yoluxan Səyyad Əlizadənin son durumu

Yeni növ koronavirusa (COVİD-19) yoluxan müğənni Səyyad Əlizadənin vəziyyətində müsbət dəyişiklik yoxdur. Bu barədə APA-ya …