Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Xalq artisti Namiq və əkizləri “qabiliyyətsiz” adlandırdı, meyxanaçının cavabı sərt oldu – Video

Xalq artisti Namiq və əkizləri “qabiliyyətsiz” adlandırdı, meyxanaçının cavabı sərt oldu – Video

“Xəzər” telekanalında yayımlanan “5/5” verilişində qalmaqallı an yaşanıb.

Proqramda meyxanaçı Namiq Qaraçuxurlu, müğənnilər Sevil və Sevinc Səfərova bacıları qonaq olublar. İfaçılar ad günü olan aparıcı Zaur Kamaldan yaşını soruşublar.

Həmin an efirə Xalq artisti Brilliant Dadaşova zəng edib. Zaur müğənniyə “Bayaqdan Namiq, Sevil və Sevinc məndən yaşımı soruşur. Siz də yaş soruşacaqsız” sualını ünvanlayıb.

Dadaşova “Mən o qabiliyyətin sahibi deyiləm. Ayıbdır. Yaşın fərqi yoxdur, təki can sağlığı olsun” sözlərini deyib.

Onun ifaçıları qabiliyyətsiz adlandırması Qaraçuxurlunu əsəbiləşdirib. O, qarşı tərəfə “Brilliant xanımın yaş kompleksi var” sözlərini söyləyib. /axşam.az

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …