Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Şou Biznes / Xalq artisti: “Kürəkənim ürəyimcədir” – VİDEO

Xalq artisti: “Kürəkənim ürəyimcədir” – VİDEO

“Kürəkənim ürəyimcədir. Qızım Nəzrinlə kürəkənim Təbrizin tanışlığı qəfil oldu. 15 il böyük oğlumla kürəkənim birlikdə xaricdə təhsil alıblar. Çox yaxın dostdurlar. Onların ailəsi ilə gediş-gəlişimiz olmayıb. Münasibətləri birdən-birə oldu”.

Bu sözləri Xalq artisti Mələkxanım Əyyubova “Xəzər TV”-də yayımlanan “Səni axtarıram” sosial-ictimai proqrama “Skype” vasitəsi ilə canlı efirə onlayn qoşularkən deyib.

Rəssam qızının toyunun koronavirus pandemiyası səbəbi ilə hələlik təxirə düşdüyünü söyləyən Xalq artisti Nəzrin ailə qurduqdan sonra ayrı yaşayacağını bildirdi:

“Hər şeyi şansa və bəxtə bağlayıram. Olur ki, görür, sevir və xoşbəxt bir ailə qurur. Bəzən də görürsən ki, illərdir tanıyırsan, amma alınmır. Bu, Allahın yazdığı bir yazıdır. 

İndi bütün övladlar valideynlərlə deyil, ayrı yaşamaq istəyirlər. Böyük oğlum ailə qurub, o da bizdən ayrı yaşayır. Böyük qızım da ailəsi ilə ayrı yaşayır. Nəzrin də Təbrizlə ailə qurduqdan sonra ayrı yaşayacaqlar”.

Qeyd edək ki, Xalq artisti M.Əyyubovanın dörd övladı var. Qızı Nəzrin Nəcəfova peşəkar rəssamdır. Onun əl işləri bir çox xarici ölkələrdə sərgilənib. Nəzrinin nişanlısı Təbriz isə dizaynerdir.

Həmçinin oxuyun

Nigar Camal Solovyovun doğum gününü təbrik etdi

“Eurovision” 2011 qalibimiz Nigar Camal ermənipərəst rus aparıcı Vladimir Solovyovun doğum gününü təbrik edib. Yenisabah.az xəbər …