Çərşənbə axşamı , Avqust 16 2022
Ana səhifə / Şou Biznes / Xalq artisti: “Konsertdə yığılan pulla 2 it alındı“

Xalq artisti: “Konsertdə yığılan pulla 2 it alındı“

Xalq artisti Nəzakət Teymurova bir neçə ay əvvəl Amerikada baş tutan konsert haqda danışıb.

Olay xəbər verir ki, bu barədə o, “Günün sədası” proqramında açıqlama verib.

Müğənni deyib ki, konsertdən əldə olunan gəlir Qarabağa göndərilib:

“Hər bir vətəndaşın öz yükü var. Mən və sənət dostlarım xoşbxətik ki, orada xeyriyyə konserti idi. Yığılan gəlir Qarabağda minaların təmizlənməsi üçün istifadə olundu. Bunun üçün iki it alıb Qarabağa göndərdilər.

Bir çox sənət dostum orada idi. Xoşbəxtik ki, bu işdə iştirak etdik. Dövlətimizin, millətimizin adı çəkilən hər yerdə canla-başla varıq. Biz üç günlük getmişdik, vaxt fərqi də var. Burada səhər olanda orada axşam idi. Yəni səsimiz də yatmışdı. Xalq musiqisinə dəyər verməklərindən, sevməklərindən idi ki, ifaçıları səhnədən buraxmırdılar”.  

Qeyd edək ki, sözügedən konsertdə Xalq artisti Brilliant Dadaşova və Əməkdar artist Abbas Bağırov da qatılıb. 

Həmçinin oxuyun

Şəbnəm Tovuzlu: “Dördarvadlılığın tərəfdarıyam”

Müğənni Şəbnəm Tovuzlunun oğlu Əliyə 4 həyat yoldaşı almaq istəyi tənqid edilib. Sənətçi “Deməsəm olmaz” …