Çərşənbə , İyun 16 2021
Ana səhifə / Şou Biznes / Xalq artisti etiraz etdi: “Verilişlərin səviyyəsi bərbaddır”

Xalq artisti etiraz etdi: “Verilişlərin səviyyəsi bərbaddır”

“Karantində çoxlu qəzəllər, şeirlər oxudum, istədiyim verilişlərə baxdım. Evdə qalmaqdan darıxmadım”.

Oxu.Az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Bayramova İTV-də yayımlanan “Gəl qonaq ol!” səhər şousunun canlı yayımına “Skype” vasitəsi ilə qoşularkən deyib.

Sənətçi efirlərə qatılmamasının səbəbini belə şərh edib:

“Son zamanlar efirdə yayımlanan verilişlərin və ora qatılan ifaçıların səviyyəsi aşağı və bərbaddır. Özümü o proqramlarda görmədiyimdən efirlərə çıxmıram. Yalnız sevdiyim verilişlərə gedirəm. Yaxşı proqramlar olsun ki, gedim”.

Xalq artisti mətbəxi sevmədiyini, amma dadlı yeməklər bişirdiyini deyib və çıxışını akapella oxuyaraq yekunlaşdırıb.

Həmçinin oxuyun

Rəqqasə Fatimə tanınmaz halda – FOTOLAR

Tanınmış rəqqasə Fatimə Fətəliyeva yeni görünüşü ilə maraqlı müzakirələrə səbəb olub. 43 yaşlı rəqqasənin dəyişimi …