Çərşənbə , Noyabr 13 2019
Ana səhifə / Şou Biznes / Xalq artisti çimərlik paltarında klip çəkdirdi – VİDEO

Xalq artisti çimərlik paltarında klip çəkdirdi – VİDEO

Xalq artisti Brilliant Dadaşova “Tet-a-tet” mahnısına çəkilən yeni klipini təqdim edib.

Publika.az xəbər verir ki, mahnının sözləri Həsən Babayevə, musiqisi Fərid Kərimliyə məxsusdur.

Klipdə Brilliant Dadaşovanın tərəf-müqabilini “Best Model of Azerbaijan” və “Best Model of The World” müsabiqələrinin qalibi, model Rüstəm Cəbrayılov canlandırıb.

Kamera qarşısına çimərlik paltarında çıxan sənətçinin bu obrazı üzərində tanınmış stilist Elnur Həsənov çalışıb.

Xatırladaq ki, R. Cəbrayılov daha əvvəl müğənni Roza Zərgərlinin “Qəmli nağıl” klipində ifaçı ilə tərəf-müqabil olmuşdu.

Həmçinin oxuyun

“Sənin də, həcinin də…” – Məşhur müğənni verilişdə söyüş söydü Video

Müğənni Pərvin Lətifov çəkiliş zamanı qeyri-etik ifadələr işlədib. “X maqazin”sənətçidən müsahibə alarkən əvvəlcə toy qiymətini …