Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Xalq artisti atasının dəfninə gələ bilmədi -“Qastrol səfərindəyəm”

Xalq artisti atasının dəfninə gələ bilmədi -“Qastrol səfərindəyəm”

Bu hadisə bizim üçün gözlənilməz oldu, atam infarkt nəticəsində vəfat edib.
Azinforum.az xəbər verir ki, bu sözləri xalq artısti Gülyanaq Məmmədova atasının dünyasını dəyişməsi ilə bağlı Publika.az-a açıqlamasında deyib. Xalq artisti bildirib ki, atası Şəkidə, doğulub boya başa çatdığı doğma yurdunda dəfn olunacaq.
O, həmçinin dəfndə iştirak etməməsinə də aydınlıq gətirib:
“Hazırda Azərbaycanda deyiləm, xaricdə qastrol səfərindəyəm. Çox təəssüf edirəm ki, dəfn mərasimində iştirak edə bilmədim. Zəng edib başsağlığı verən hər kəsə təşəkkür edirəm”.
Xalq artisti atası haqqında təəssüratlarını bölüşüb:
“Çox yaxşı insan idi, heç kimin xətrinə dəyməzdi. Yeganə təsəllim odur ki, atam çox gözəl və xoşbəxt ömür sürüb. Şükürlər olsun ki, övlad dağı görməyib, uşaqların daim ətrafında olub, qayğısına qalan həyat yoldaşı olub”.
Qeyd edək ki, xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların atası Zakir Məmmədov martın 4-də 84 yaşında dünyasını dəyişib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …