Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Şou Biznes / Xalq artisti aparıcı Elgizə “eybəcər” dediyi üçün üzr istədi

Xalq artisti aparıcı Elgizə “eybəcər” dediyi üçün üzr istədi

“Birinci təşəkkür edirəm ki, bədxahlar aramıza girsə də, sən ünvanıma qeyri-etik söz işlətmədin. Bu, sənin tərbiyəndən irəli gəlir. Heç sənə təhqiramiz söz dediyim yadıma gəlmir. Sənin aparıcılığın, peşəkarlığın xoşuma gəlir. 16 ildir şou adı olan verilişlərə getmirəm”.

Bu sözləri Xalq artisti Elxan Qasımov “Elgizlə izlə” verilişinə zəng edərkən deyib. Aktyor aparıcı Elgiz Əkbərə “eybəcər” deməsindən danışıb:

“Bu söhbəti böyüdüblər ki, reytinqimiz aşağı düşsün. Ya sənə, ya mənə qarşı təxribatdır. 75 yaşında insanam, hamıya gözəl sözlər deyən biri kimi tanınmışam. Birdən-birə bizi bir-birimizə qarşı belə döndərmək, bunu Şekspirin Yaqosu da etməzdi. Fürsətdən istifadə edib, anandan üzr istəyirəm. Səndən üzr istəyə bilmərəm, yaşım o deyil. Biz barışaq, özümüz buna nöqtə qoyaq. Əgər desəydim ki, “gözəl insandı” yaşadığı binada, işdə heç kim gətirib o qəzeti ona verməzdi. Ola bilsin ki, demişəm”.
Musavat.com

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …