Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Şou Biznes / Xalq artisti ərinin vəfatından danışdı: “Yetim qaldım” – VİDEO

Xalq artisti ərinin vəfatından danışdı: “Yetim qaldım” – VİDEO

Xalq artisti Flora Kərimova şəxsi həyatı ilə gündəmə gəlib.

“Onun sirri” proqramına qonaq olan sənətçi ikinci həyat yoldaşı Faiq Şəfiyevin vəfatından danışıb. Xalq artisti ərinin dünyasını dəyişdiyini əvvəldən hiss etdiyini deyib:

“Qızımın atası rəhmətə gedəndə hər şey dəyişdi. Bir var ki, hər şey maddi dəyişə, bir də var ki, yetim qaldım. Mən bir xadimə xanımın övladının toyuna dəvət aldım. O toyda iştirak etdim. Amma ürəyim çox narahat idi. Sonra dedim, “mən burada qala bilmirəm, çox narahatam”.

Evə gəldim. Köməkçim Yaquta dedim ki, “Faiqdən xəbər var?” Faiq rayona dostunun qızının nişanına getmişdi. Daha sonra Zümrüdün bibisi zəng vurdu. Dedi “Flora, başımıza daş düşdü”. Onda dedim ki, “öldü?” Dedilər “Hə”.

Həmçinin oxuyun

Aşıq Zülfiyyə “ikinci restoran”ıyla bağlı fikirlərə aydınlıq gətirdi

“İkinci restoran almamışam”.Bunu Qaynarinfo-ya açıqlamasında Aşıq Zülfiyyə pandemiya dövründə ikinci restoran alması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. …