Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Xaliq Faiqoğlu” sərnişinləri ölümlə üz-üzə – Avtobuslar işıqfora məhəl qoymur + VİDEO

“Xaliq Faiqoğlu” sərnişinləri ölümlə üz-üzə – Avtobuslar işıqfora məhəl qoymur + VİDEO

Bakıda avtobus özbaşınalıqları davam edir.  Ölkə.Az” saytına göndərilən və dünən qeydə alınan videoda “Xaliq Faiqoğlu” şirkətinə məxsus avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə ataraq qırmızı işıqda prospekti keçib.
10-TH-322 dövlət qeydiyyat nişanlı sərnişinlərlə dolu marşrut avtobusu Əbdürrəhimbəy Haqverdiyev küçəsi ilə Mətbuat prospektinin kəsişməsində olan işıqforda qırmızı işığın yanmasına baxmayaraq hərəkətini davam etdirib.
Qeyd edək ki, “Xaliq Faiqoğlu” şirkətinin avtobusları yol hərəkəti qaydalarını bir çox hallarda kobud şəkildə pozaraq sərnişinlərin həyatını təhlükəyə atırlar. Maraqlısı budur ki, şirkətin sürücülərinə həm DYP əməkdaşları, həm şirkətin nəzarətçiləri, həm də Bakı Nəqliyyat Agentliyi tərəfindən göz yumulur.
İşıqfordan qırmızı işıqda keçən sərnişin avtobusunun video görüntülərini təqdim edirik:

 

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın