Azinforum.az Report-a istinadən xəbər verir ki, muzeydən KİV-ə Röya Tağıyevadan Xalça Muzeyi ilə bağlı gələn yazıları qəbul etməmələri barədə xəbərdarlıq olunub.

Muzeyin keçmiş rəhbəri məsələyə münasibət bildirərək deyib ki, o, heç bir KİV-ə məqalə üçün müraciət etməyib və bu xəbərdarlığın nə məqsəd daşıdığını anlamır:

“Bu gün muzeyin təşkil olunmasının 50 illiyidir və muzeydəkilərin bundan xəbəri yoxdur. Mən 49 il Xalça Muzeyində işləmişəm. Bu gün muzeyin yaranmasının 50 illiyidir və mən bununla bağlı müsahibə vermişəm. Onlar isə məndən heç bir söz soruşmadan mənim barəmdə KİV-ə xəbərdarlıq yollayıblar.”

O əlavə edib ki, indiki rəhbərlər nə onu muzeyə dəvət edirlər, nə də hesablaşırlar:

” Onlar elə bilirlər ki, yeni direktor gəlibsə köhnələri olmayıb. Axı nəyə görə? Baxın müsahibəmə mən ilk direktorun şəklini vermişəm. Olmaz axı, mən gəlim və özümdən əvvəlkiləri saymayım”.

Xalça Muzeyinin mətbuat katibi Sadiqə Abdullayeva isə məlumatı təkzib edib:

“Tamamilə yanlış məlumatdır. Mətn səhvən KİV-ə yollanılıb. Bu, təxribat məqsədi ilə edilib”.