Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / “Xahiş edirəm, tariximizin üstündən xətt çəkməyin” – DEPUTAT

“Xahiş edirəm, tariximizin üstündən xətt çəkməyin” – DEPUTAT

Milli Məclisin deputatı Vahid Əhmədov Bakının “Sovetski” kimi ərazisində aparılan söküntü işləri zamanı tarixi abidələrə qarşı diqqətsizlik göstərilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət ünvanlayıb.

Bu barədə  deputat özü məlumat verib. Millət vəkili tarixi abidələrin sökülməsindən narahat olduğunu deyib:
“Azərbaycanın, xüsusən də Bakının günü gündən gözəlləşdiyini, yaraşıqlı binaların, park və xiyabanların salındığını təkcə vətəndaşlarımız deyil, yaxın və uzaq xaricdən gələn qonaqlarımız da etiraf edir. Doğrudan da son illər cənab prezidentin qayğısı və şəxsi nəzarəti sayəsində ölkəmiz qürurverici səviyyədə inkişaf edib, xüsusən tikinti sektorunda yenilik, novatorluq diqqəti cəlb edir. Amma son vaxtlar paytaxtın ayrı-ayrı yerlərində aparılan söküntü işləri zamanı tarixi abidələrimizin yerlə yeksan edilməsi məni narahat edir və mənə çoxsaylı müraciətlər də onu deməyə əsas verir ki, cəmiyyətdə də bu məsələdə ciddi narahatçılıq var.
Təbii ki, mən söküntü işlərinin aparılması zərurətini anlayıram və istismar müddətini çoxdan başa vurmuş, hər an bədbəxt hadisələr baş verə biləcək köhnə, darısqal məhəllələrin sökülərək yeni binaların tikilməsini alqışlamaq lazımdır. Amma o yerdə ki, söhbət tariximizin bir parçası olan abidələrin taleyindən gedir, bu zaman daha diqqətli olmaq və hər daşın, divarın qədrini bilmək lazımdır”.

Deputat Naxçıvanı nümunə göstərərək bildirib ki, Muxtar Respublikada tarixi abidələrə münasibət, söküntü işləri aparılarkən keşməkeşli tariximizin bir parçası olan tikililərin xüsusi qayğı ilə əhatə olunması onu heyrətləndirib.

“Naxçıvandakı tarixi abidələrə olan qayğı hesab edirəm ki, nəinki Bakıya, deyərdim ki, dünyanın məşhur paytaxtlarına nümunə ola bilər. Mən son dövrlər bir neçə dəfə Naxçıvanda olmuşam və bu dəfə də Muxtar Respublikanın tarixi abidələrini ziyarət etmək imkanı əldə etdiyimə görə xeyli məmnunam. Əlincə qalası, Naxçıvan qalası, Mömünəxatun türbəsi, Fəzlullah Nəiminin türbəsi və s. O qədər tarixi abidələrlə rastlaşdım ki, “kaş Bakıda bu işlərə cavabdeh olanlar bunları görəydi” deməkdən özümü saxlaya bilmədim. Ona görə də hesab edirəm ki, tariximizə hörmət, onu göz bəbəyi kimi qorumaq hamımızın borcudur və o abidələri min illər boyu necə ki, ata-babalarımız bizlərə təhvil veriblər, bizim də borcumuzdur ki, onları gələcək nəsillərə də eyni görkəmdə təhvil verək, dostumuz-düşmənimiz görsün ki, biz hansı mədəniyyətin, memarlığın, incəsənətin daşıyıcılarıyıq.

Mən Nazirlər Kabinetindən, bu işlərə birbaşa cavabdeh olan qurumlardan bir daha xahiş edirəm ki, tariximizin bir parçası olan abidələrimizin taleyinə xüsusi həssaslıqla yanaşsınlar, yenilik heç bir halda tariximizin üstündən xətt çəkmək hesabına baş verməməlidir”.

AzVision.az

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın