Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Xəzərdə hərbçilər 4 Azərbaycan vətəndaşını saat yarım qovub tutdu – VIDEO

Xəzərdə hərbçilər 4 Azərbaycan vətəndaşını saat yarım qovub tutdu – VIDEO

Xəzərin Qazaxıstan sektorunda sahil mühafizə qüvvələri içərisində 4 Azərbaycan vətəndaşının olduğu balıqçı qayığını saat yarım qovub. Virtualaz.org Qazaxıstan telekanallarına istinadən xəbər verir ki, dövlət sərhədini pozub Xəzərin bu ölkəyə aid hissəsindən nərə balığı ovlayan brakonyerlər sahil mühafizə qüvvələrinin “dayan” əmrinə tabe olmayıblar.

Onların qayığı 3 motorlu olub və Qazaxıstan sahil mühafizə qüvvələrinin kateri qayığa çatmaqda xeyli çətinlik çəkib.

Hərbçilər qayıqdakılara meqafonla xəbərdar edərək qayığı dayandırmağı əmr ediblər, əks halda atəş açacaqlarını bildiriblər. Lakin brakonyerlər bu əmrə tabe olmayıb və sahil mühafizə qüvvələrindən yayınmağa çalışıb.

Nəhayət, saat yarımlıq qaçdı-qovdudan sonar qayıq saxlanılıb, göyərtədəki Azərbaycan vətəndaşları həbs olunub. Onların heç birinin üzərində şəxsiyyətlərini təsdiq edən sənəd olmadığından kimlikləri məlum deyil. Qayıqda qaçaq yolla tutulmuş balıq aşkarlanmayıb, ola bilsin brakonyerlər tutduqları balığı dənizə atıblar, yaxud hələ balıq tuta bilməmişdilər.

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sahil mühafizə İdarəsinin rəis müavini Talqat Turebeyev deyib ki, faktla bağlı cinayət işi qaldırılıb. Saxlanılanları 5 ilə qədər həbs gözləyir, onların qayığı yaxın limanlardan birinə çəkilib.

Xatırladaq ki, bundan əvvəl də dəfələrlə Azərbaycan brakonyerləri Xəzərin Qazaxıstan sektorunda qanunsuz balıq ovlayarkən tutulublar. Xəzərin Azərbaycan sektorunda nərəkimilərin kökü faktiki olaraq kəsildiyindən son illər brakonyerlər tez-tez Qazaxıstan sularına üz tutur.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın