Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Xəyanətə səbəb androloji-seksoloji problemlərdir”

“Xəyanətə səbəb androloji-seksoloji problemlərdir”

Əməkdar artist Cavanşir Məmmədov xəyanətlə bağlı növbəti dəfə qalmaqallı açıqlama verib.

OLAY xəbər verir ki, bu barədə o, “Elin sözü” verilişində danışıb.

Sənətçi deyib ki, xəyanətə səbəb androloji və seksoloji problemlərdir:

“Bunu nə kişi, nə də qadın təsdiq edir. Amma ailənin dağılmasında elə gizli  məqam dayanır ki, onu açmaq istəmirlər. Özləri bilirlər. Lakin deyirlər, evi dolandıra bilmir, ya da başqa bəhanələr gətirirlər. Ər-arvad arasında xəyanəti yaradan androloji-seksoloji problemlərdir. Kişinin zəifliyi, qadının onu anlamamasıdır. Bütün problemlər  buradan başlayır. Kişi üzünü çevirib yatanda qadın fikirləşir ki, axşam başqa yerdən gəlib. Amma belə deyil. Kişi və qadın orqanizmi əks-istiqamət göstərir. Kişi 45 yaşdan sonra zəifləyir. Qadında başqa cür olur. Bunları bilmək üçün kitab oxumaq, ailə məsələlərini dərindən müzakirə etmək lazımdır. Həkimin yanına gedirsən, demir ki, arvadınla gəl, onu da başqa həkimə yönləndirək”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …