Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Xətainin yol polisi rəisinə şok ittiham

Xətainin yol polisi rəisinə şok ittiham

Editor.az-ın elektron ünvanına Xətai rayon Dövlət Yol Polisi şöbəsinin qanunsuz fəaliyyəti ilə bağlı maraqlı informasiya daxil olub.

Zahid Ağayev adlı şikayətçi bildirir ki, hər gün axşam yol polisi əməkdaşlarının iştirakı ilə bir qrup “avtoş” rayonun “Zığ yolu” adlanan ərazisində maşın yürüşü keçirir.

Əsasən məmur övladlarından ibarət “yarışmaya” Xətai rayon Dövlət Yol Polisi şöbəsinin rəisi Vüqar Hüseynov şəxsən özü tamaşa edir:

“Hətta elə olur ki, Vüqar Hüseynovun özü də bu “yarışmalarda” iştirak edir. Buna etiraz edənlərə qarşı isə çox sərt münasibət göstərilir. Həmin zaman yola verilən şikayətçilərin maşın nömrələri götürülür. Vüqar Hüseynovun şəxsən tapşırığı ilə Xətai rayon yol polisi əməkdaşları tərəfindən təqib edilir. Ən xırda nöqsan aşkarlanan kimi, onları məsuliyyətə cəlb edirlər. Əsasən bu işlə Xətai DYP-nin İsmayıl adlı əməkdaşı məşğul olur. O, “Babək” prospekti ilə “Təbriz” küçəsinin kəsişməsində etirazçı sürücüləri saxlayır, onlarla qanuni müstəvidə danışır. Şikayətçiyə cərimə yazdıqdan sonra ona “Vüqar müəllimə qarşı çaşmısan, ona görə, cavabını aldın” deyərək, acıq verir”.

Şikayətçi bildirir ki, məsələ ilə bağlı Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalova və Bakı şəhər DYP-sinin rəisi Nurşirəvan Səfərova dəfələrlə şikayət etsə də, ona heç bir cavab verilməyib.

Xətai DYP-sinin rəisi Vüqar Hüseynov açıq şəkildə deyir ki, “Mən Respublika “QAİ”sindən bura təyinat almışam. Heç kimi hərləmirəm, get kimə istəyirsən de. Yarışı mən keçirirəm, qanunsuz da olsa mən keçirirəm, qanuni də”.

Editor.az məsələyə Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri, polkovnik Kamran Əliyevdən münasibət öyrənmək istəsə də, onunla əlaqə yarada bilməyib.

Azinforum.az saytı olaraq qeyd edirik ki, biz bu yazını Editor.az saytında istinadən olduğu kimi yayınlamışıq və göründüyü kimi, məqalədə bununla bağlı müvafiq istinad da var. Buna baxmayaraq, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi  Orxan Mansurzadə redaksiyamızla əlaqə saxlayaraq, yazılanlara təmsil etdiyi qurumun münasibətini açıqlayıb:

“Bu yazı ilə bağlı tərəfimizdən müvafiq araşdırma aparıldı. Məlum oldu ki, məqalədə qeyd edilən faktlar reallığı əks etdirmir. Siz bilirsiniz ki, DYP yazıda qeyd olunan avtoxuliqanlıq və digər qanun pozuntuları ilə bağlı ciddi mübarizə aparır.  Bu istiqamətdə əldə olunan nəticələrlə barəsində mütəmadi olaraq, KİV-lərdə məlumatlar verilir. Bu səbəbdən də, DYP-nin hansısa əməkdaşının  avtoxuliqanları himayə etməsi, onlara öz qanunazidd əməllərini həyata keçirmək üçün şərait yaratması tamamilə absurddu. Bir faktı da qeyd edim ki, adıçəkilən qurumun Xətai şöbəsində ümumiyyətlə İsmayıl adlı əməkdaş  çalışmır. Hesab edirik ki, bu DYP tərəfindən qanun çərçivəsində cəzalandırılan hansısa sürücünün həmin qurumu ləkələmək məqsədilə KİV-lərə ötürülən yalnış məlumatdı. Xətai rayon Dövlət Yol Polisi şöbəsinin rəisi Vüqar Hüseynova gəldikdə isə, o, belə bir şikayətçini ümumiyyətlə tanımadığını bildirir. Məqalədə bəhs olunan əraziyə gəldikdə  isə,  həmin yer  Xətai rayonunun inzibati ərazi vahidinə aid deyil”.

Azinforum.az

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın