Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Xəstə atasının sözləri məşhur xanəndəni ağlatdı – VİDEO

Xəstə atasının sözləri məşhur xanəndəni ağlatdı – VİDEO

Muğam ifaçısı Mirələm Mirələmov ATV-də yayımlanan “1 dəqiqə” verilişinə qonaq olub.

Proqram zamanı xanəndənin atası Fərman Mirələmovun müsahibəsi yayımlanıb. Atasının xəstə olduğunu deyən Mirələm onun söylədiklərini eşidərkən göz yaşlarını saxlaya bilməyib. Fərman bəy Mirələmin hər zaman ona xeyirli övlad olduğunu bildirib:

“Oğlum bizə qarşı çox yaxşıdır. Xəstəyəm, əziyyətimi çəkir. Onu Şamaxıda musiqi məktəbinə qoydum, yavaş-yavaş təkmilləşdi. Sonra dedi ki, Asəf Zeynallıya getmək istəyir.

Həmin vaxt bilməzdim ki, bu yerlərə gəlib çıxar. Bilirdim ki, zəhmətkeşdir, gələcəyi yaxşı olacaq. Muğam müsabiqəsinə qatıldığını sonradan öyrəndim. Onunla fəxr edirdim, ona münsiflər yaxşı qiymət verəndə sevinirdim. Oğluma xoşbəxtlik arzu edirəm, ömrü uzun olsun”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …