Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / “Xərçəng” xəstəsi Oqtay Şirəliyevdən kömək istədi

“Xərçəng” xəstəsi Oqtay Şirəliyevdən kömək istədi

Bakı şəhəri Binəqədi kəndi, Gülüstan, döngə 10, ev 38 – də yaşayan Nağıyeva Dilruba İsgəndər qızı səhiyyə naziri Oqtay Şirəliyevdən kömək istəyib.

Müraciətdə deyilir:

Hörmətli cənab nazir!

Mən Nağıyeva Dilruba İsgəndər qızı, 1969 – cu ildə Tovuz rayonunda anadan olmuşam. Ailəliyəm üç qız övladım var. Hal – hazırda ailəmlə birlikdə Bakı şəhəri Binəqədi kəndi, Gülüstan, döngə 10, ev 38 – də yaşayıram. Səkkiz aydır ki, süd vəzimdə yaranan “xərçəng” xəstəliyindən əziyyət çəkirəm.

Bir dəfə əməliyyat olundum. Amma, vəziyyətim elə də ürək açan olmadığı üçün səkkiz dəfə ximiya -terapiya qəbul etmişəm.

Bütün bu müalicələrə indiyə qədər 5000 manat pulum çıxıb. Bu pulu da qohum – əqrabam, qonum – qonşumdan borc almışam.

İnanın daha heç kimdən pul istəməyə üzüm gəlmir. İndi həkimlər bildirirlər ki, radioterapiya olunmalıyam. Bunun üçün isə maddi imkanım yoxdur. Sizin neçə – neçə imkansız xəstələrə kömək etdiyinizi müalicə aldığım xəstəxanada da qeyd edirlər.
İnanıram ki, mənim də müraciətimi cavabsız qoymayacaqsınız. Sizdən kömək istəyirəm.

Həyat yoldaşım bazarda işləyir və elə qazandığını da mənim dərmanlarıma verir.
Sizdən xahiş edirəm mənim radioterapiya olunmağım üçün mənə köməklik göstərəsiniz.

Öncədən sizə özüm və ailəm adından təşəkkür edirəm.

Əlaqə nömrəsi: 050-407-43-33

Moderator.az

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın