Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Xətai RİH-in səhlənkarlığı Azadlıq Prospektindəki faciəyə səbəb olub?

Xətai RİH-in səhlənkarlığı Azadlıq Prospektindəki faciəyə səbəb olub?

İyunun 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən şəxslərin vəkilləri bəzi sübutların iş materiallarından xaric edilməsi, cinayət işinə xitam verilməsi, həbsdə olan şəxslərin həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətlər veriblər. Məhkəmə vəsatətləri təmin etməyib. Proses iyunun 28-də davam edəcək. Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğın hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların, dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Qlobal Stone” və “Global Constuction” MMC təsisçisi Yusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin müddət bir neçə dəfə artırılıb. Bundan başqa, cinayət işinə “Dərnəgül Boru” Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb (APA).axar.az14286800712

Aparılan araşdırmalar zamanı müəyyən olunub ki, 15 insanın öldüyü hadisənin səbəbi tezyanan üzlüklər olub. Prezidentin ictimai-siyasi məsələr üzrə köməkçisi Əli Həsənovun sözlərinə görə, Prezident paytaxtın Azadlıq və Xətai rayonlarında baş verən (Xətaidə rayonundakı yanğın hadisəsi 2015-ci il aprel ayında baş verib – red.) yanğın hadisələri ilə bağlı komissiya yaratmağı tapşırıb.

“Üzlük materiallarına sertifikar verilməsi məsələsi, onların yaşayış binaları üçün uyğun olub-olmaması araşdırılacaq. Qanun pozuntusu törədən struktur və şəxslər sərt cəzalandırılacaq. Bu materiallarla üzlənən binalarla bağlı da, müvafiq tədbirlər görüləcək”, – deyə Ə.Həsənov bildirib.

Qeyd edək ki, həmin yanğın hadisəsindən sonra, Prezident İlham Əliyevin rəhbərliyi altında iclas keçirilib. Dövlət başçısı iclasda tapşırıb ki, binalardan tezyanan üzlüklər yığışdırılsın. Demontaj işləri bir neçə həftəyə başa çatdı. Xatırladaq ki, 2015-ci il aprelin 10-da naməlum səbəbdən Xətai rayonu Zığ massivindəki 16 saylı binada yanğın baş verib. FHN xilasediciləri yanan binada olan 140 nəfəri xilas ediblər. Üç sakin yüngül travma və yanıq xəsarəyi alıb, onlara ilk tibbi yardım göstərilib. FHN Dövlət Yanğınsöndürmə Xidmətinin rəis müavini Rza Xudiyevin sözlərinə görə, alışma binanın fasadına görə baş verib.

“Yanğın binanın bütün üz757fab_3deda2adb7224e169cea33af053105fdlüyünü və prospektdə baxan, ümumi sahəsi 2 min 140 kvadrat metrdən çox olan eyvanları məhv edib. “Qazprom Təhlükəsizlik”  MMC-nin baş direktor müavini Ramis Tağıyev Kavkaznews.az saytına bildirib ki, ötən il aprel ayında Xətaidə 9 mərtəbəli binanın üzlüyünün alışmasından sonra, bütün binalardan həmin üzlüklər çıxarılmalı idi. “Axı alışmanın surətindən bilinirdi ki, material tezalışandır”, – deyə R.Tağıyev bildirib. Biz ötən il aprel ayında Xətai RİH-in memarı olmuş Vadim Surxayevdən o zaman hansı tədbirlər görüldüyünü soruşduq. Onun sözlərinə görə, Xətai RİH sözügedən binanın yanmasından sonra heç bir tədbir görməyib.

 

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın