Ana səhifə / Şou Biznes / Xədicə İsmayıl erməni əsilli vəkilin onu müdafiə etməsinə razılıq verdi

Xədicə İsmayıl erməni əsilli vəkilin onu müdafiə etməsinə razılıq verdi

Xəbər verdiyimiz kimi, insan haqları üzrə tanınmış vəkil Amal Kluni Azərbaycanın məhbus jurnalisti Xədicə İsmayılı Avropa İnsan Haqları Məhkəməsində müdafiə edəcək.

Azadliq.org-un məlumatına görə, bu barədə xəbəri Xədicə İsmayılın özü də təsdiq edib.

X.İsmayılın vəkili Fariz Namazlının yanvarın 21-də verdiyi eksklüziv bəyanatda deyildiyinə görə, Xədicə xanım Kluninin təklifini, onun 2014-cü ildə Misirdə həbs edilmiş “əl-Cəzirə” jurnalisti Mohamed Fahmyini müdafiə edərkən göstərdiyi “cəsarətə” görə qəbul edib.

Virtualaz.org xatırladır ki, Amal Kluni erməni əsillidir və Türkiyə İşçi Partiyasının lideri Doğu Perinçəyin “erməni soyqırımı” məsələsi ilə bağlı İsveçrə, Ermənistan və Fransa ilə Avropa İnsan Haqları Məhkəməsindəki davasında Ermənistan hökumətinin vəkili və müdafiəçisi olub.

2014-cü ilin dekabrında həbs edilən X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə – külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın