Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Vüsalə Əlizadə: “Görün bu alçaq, başıma nə oyun açır!” — VİDEO

Vüsalə Əlizadə: “Görün bu alçaq, başıma nə oyun açır!” — VİDEO

Aparıcı Vüsalə Əlizadənin başına iş gəlib.

O, avtomobilində olarkən tanımadığı bir şəxs öz nəqliyyat vasitəsi ilə onun yoluna çıxaraq qarşısını kəsmək istəyib.

Vüsalə sosial şəbəkə hesabında həmin maşının görüntülərini paylaşaraq sürücünü təhqir edib:

“2 saat öncə şəhərdə tıxac əlindən addım atmaq olmur və yol açılır, hava limanı yoluna çıxıram. Birinci yoldan işarə edib yol almaq istəyirəm, görün bu alçaq, başıma nə oyun açır, necə yolumu kəsir! Avtomobildə tək olsaydım, mənə bu qədər təsir etməzdi. Anamı əməliyyatdan çıxarıb evə gətirirəm, ağrısı çox dəhşətlidir, dözə bilmir. Bu tərbiyəsiz kimdirsə, yol hərəkəti qaydasını pozmağı bəs deyil, mənə də qəza şəraiti yaradır!”

Daha sonra aparıcı hüquq-mühafizə orqanlarına müraciət edərək tez zamanda şikayətinə baxılmasını istəyib.

Sözügedən videonu təqdim edirik:

https://baku.tv/embed/65682

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …