Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Şou Biznes / Vüsalə Türkiyədə əməliyyat olundu – “Dözə bilmirdim”

Vüsalə Türkiyədə əməliyyat olundu – “Dözə bilmirdim”

“Dəb mənəm” proqramı ilə ekranlara geri qayıdan tanınmış aparıcı Vüsalə Əlizadə əməliyyat olunub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Vüsalənin aparıcılıq etdiyi müsabiqənin rəsmi səhifəsində məlumat verilib. Qeyd olunub ki, V. Əlizadə səhhətində yaranan problemə görə İstanbulda əməliyyat olunub.

***

Vüsalə Əlizadə “Qafqazinfo”ya açıqlama verərək öd kisəsindən əməliyyat olunduğunu bildirib: “Bu ayın 15-i məktəblər tətilə buraxıldı. Qızım Dilək, anam, bacım, bacımın həyat yoldaşı və həyat yoldaşı ilə İstanbula gəldik. Fikirləşdim ki, uşaqlar istirahət etsin. Ayın 16-sı səhər yeməyindən sonra mədəm çox ağrıdı, dözə bilmirdim. Dərman da içdim, faydası olmadı.

Həkimimin yanına getdim, dedi ki, öd problemi ola bilər. Ultrasəs müayinədən sonra məlum oldu ki, ödüm şişib və təcili əməliyyat olunmalıyam. Hər an ödüm partlaya bilərdi. Qorxdum, elə orada əməliyyat olundum. Xırda daş olub, öd kanalının ağzını tutub. İndi Şükür ki, yaxşıyam”.

Həmçinin oxuyun

Nigar Camal Solovyovun doğum gününü təbrik etdi

“Eurovision” 2011 qalibimiz Nigar Camal ermənipərəst rus aparıcı Vladimir Solovyovun doğum gününü təbrik edib. Yenisabah.az xəbər …