Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / Vurulmuş rus təyyarəsinin “qara qutu” müəmması

Vurulmuş rus təyyarəsinin “qara qutu” müəmması

“Həmin qutular bir neçə min dərəcə temperaturda belə yanmır”

Üzeyir Cəfərov: “Görünür, həmin danışıqlarda da Rusiyaya sərf etməyən məqamlar olduğu səbəbindən, belə şouya əl atıblar”

Türkiyə tərəfindən vurulan Rusiyaya məxsus “Su-24” hərbi təyyarəsinin “qara qutu”sunu oxumaq mümkün olmayıb. Bunu Rusiya Müdafiə Nazirliyindən bildiriblər. Nazirlikdən deyiblər ki, “qara qutu” o dərəcədə zədələnib ki, onun içərisindəki informasiyanı oxumaq qeyri-mümkündür. Belə ki, mikrosxemlərdən yalnız biri normal durumdadır, qalan 15-i çox ciddi şəkildə zədələnib.
Xatırladaq ki, bu yaxınlarda “qara qutu” Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə canlı yayımda açılıb. Lakin açıldıqdan sonra qutunun zədələndiyi məlum olub.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın vurulan “Su-24” təyyarəsinin “qara qutu”sunun açılması və oxuna bilməməsi məsələsinə münasibət bildirib. Ərdoğan Türkiyənin özündən əmin olduğunu bildirib: “Rusiya əvvəlcə “qara qutu”dakı məlumatlardan bəhs etdi. Bu işi şouya çevirdilər. Sonra əzilmə səbəbi ilə “qara qutu”nun içərisindəki məlumatların oxunmadığını açıqladılar. Biz özümüzdən əminik. Bu kimi şoular ondan mədəd umanları pis vəziyyətdə qoymaqdan başqa bir şey deyil”.
Rusiyanın “qara qutu” ilə bağlı açıqladığı məqamları inandırıcı saymaq olarmı?
Hərbi ekspert Üzeyir Cəfərov qəzetimizə açıqlamasında bildirdi ki, Rusiya “qara qutu” məsələsi ilə özünü gülünc vəziyyətə qoydu: “Nə vaxtdan təyyarə qutuları kabinetlərdə oxunmağa başlayıb? Professionallar bilir ki, belə qutuların oxunması üçün xüsusi laboratoriyalar var. Hətta qutunun nümayişi belə Rusiyanı vəziyyətdən çıxarmaq əvəzinə, çətin duruma saldı. Açıq göründü ki, qutuda xırda əzik var. Həmin qutular bir neçə min dərəcə temperaturda belə yanmır.
Bir də qutuda yalnız pilotların danışığı və onlara verilən komandalar ola bilər. Hansısa dövlətin sərhədinin pozulmasını isə həmin qutu müəyyən etmir. Görünür, həmin danışıqlarda da Rusiyaya sərf etməyən məqamlar olduğu səbəbindən, belə şouya əl atıblar. Gərək Şoyqu Putini belə gülməli vəziyyətin yaranmasına səbəb olacaq davranışlardan çəkindirərdi”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın