Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / Şou Biznes / Vüqar Biləcərinin atası: “Onu bədbəxt edən Samirə olub”

Vüqar Biləcərinin atası: “Onu bədbəxt edən Samirə olub”

Mərhum meyxanaçı Vüqar Biləcərinin atası “Elgizlə izlə” proqramına telefonla zəng edib.

Zakir bəy övladının Samirə ilə eşq münasibətlərindən bəhs edib. O bildirib ki, Samirəni heç vaxt oğlunun sevdiyi qadın kimi qəbul etməyiblər:

“Ailəsi kimi qəbul etməmişik. Heç o adda adamı tanımamışıq. Vüqar rəhmətə gedən günü gəldi hay-küy saldı. Onu bədbəxt edən Samirə olub. Yalan söhbətdir, münasibətləri o həddə olmayıb. Elə-belə münasibət olub. Eyib olsun ona ki, elə sözlər danışır”.

“Geyindiyi köynəyi mən almışam, ondan utansın. Onunla danışmaq istəmirəm” deyərək, Samirə ona cavab verib.

Qeyd edək ki, Zakir bəyin açıqlamasına səbəb Vüqar Biləcərinin sevgilisi olan Samirənin efirdəki açıqlaması olub. “Evlənməyi mən istəməmişəm. Deyirlər, ailəsi qəbul etməyib. Gedək ailəsinin evinə, görün istəməyiblər? Vüqar anasının vurğunu idi. Anası onun üçün seçim qoysaydı… Anası da o cür qadın deyildi” deyə, Samirə açıqlamasında deyib.

Həmçinin oxuyun

Erotik video paylaşan müğənnidən qalmaqallı sözlər: “Bunları etməyən kişilər, özünüzə gəlin” (FOTOLAR)

Erotik video paylaşan müğənni kişilərə çağırış edib. Milli.az bildirir ki, qalmaqallı müğənni Tuğba Ekinci paylaşımı …