Bazar , Avqust 18 2019
Ana səhifə / Şou Biznes / Vüqar Əhmədə vəzifə verildi

Vüqar Əhmədə vəzifə verildi

AMEA-nın Ədəbiyyat İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.

AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəylinin sədrliyilə keçirilən Elmi Şurada bir çox cari məsələlərə baxılıb. Tövsiyə olunan bir çox monoqrafiya və araşdırmaların çapı məsləhət bilinib. Eyni zamanda tanınmış ədəbiyyatşünas alim, filologiya üzrə elmlər doktoru, professor, sevilən şair Vüqar Əhmədin “Ön söz”ü, tərtibi və izahlarla hazırladığı İran və Azərbaycanın böyük şairi M. Şəhriyarın fars “Divan”ından poetik və filoloji tərcümələrdən ibarət kitab yekdilliklə çapa məsləhət bilinib. Kitabın elmi redaktoru akademik İ.Həbibbəyli, məsləhətçisi, professor T.Əhmədov, rəyçisi böyük elmi işçi H. Mustafa Mail oğludur.

İclasada həmçinin yeni qurumun yaradılması haqqında qərar qəbul olunb. İdeya müəllifi akademik İ.Həbibbəyli olan yeni qurum “Ədəbiyyatşünaslıq-bədii yaradıcılıq” birliyi adlanır. Birlik İnstitutda çalışan alimlərin bədii əsərlərinin, tərcümələrinin təbliği, çapı ilə məşğul olacaq. Birliyin ətrafında elm ocağında çalışan ədəbiyyatşünaslar toplaşacaq. Mütamadi olaraq onların nəsr və poeziya nümunələri nəşr olunacaq, bəyənilən şeirlərə nəğmələr bəstələnəcək.

Akademik İsa Həbibbəyli Vüqar Əhmədin çoxşaxəli yaradıcılığına dəyər verərək bunları qeyd edib:

“Mən bu vəzifəyə-birliyin sədrliyinə Vüqar Əhmədi məsləhət bilirəm. Filologiya elmləri doktorudur, elmdə böyük nailiyyətləri var. Nasirdir-tarixi romanları var, gözəl şairdir, sözlərinə yüzlərlə nəğmələr bəstələnib”.

Daha sonra İ.Həbibbəyli sözü Birliyə sədr təyin olunan Vüqar Əhmədə verib. V.Əhməd yüksək etimada görə vaxtı ilə doktorluq dissertasiyasına birinci opponenti olmuş İsa Həbibbəyliyə, şura üzvlərinə təşəkkürünü bildirib:

“İsa müəllim görkəmli alimdir, onun elm məbədimizə gəlişi canlanma yaratdı, hamımızı ruhlandırdı. Artıq hamımıza qayğı, diqqət var. (Ölke.az)

Həmçinin oxuyun

Rəqassə Fatimənin qızı ərə getdi – FOTO\VİDEO

Hazırda paytaxtın dəbdəbəli restoranlarının birində məşhur rəqqasə Fatimə Fətəliyevanın qızı Aydanın toyu keçirilir. Diqqət çəkən …

Bir cavab yazın