Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Vilyam Hacıyevin oğlu onun da, özünün da karyerasını təhlükəyə atır… – Ərköyünlük…

Vilyam Hacıyevin oğlu onun da, özünün da karyerasını təhlükəyə atır… – Ərköyünlük…

Cəmiyyətdə özünü apara bilməyən məmur uşaqlarının sayı xeylidir. Qeyd edək ki, prezident İlham Əliyev yerli və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə keçirdiyi görüşlərin bir çoxunda bu məsələyə toxunub və cəmiyyətdə özünü apara bilməyən məmur övladlarına xəbərdarlıq edib. Təəssüf hissi ilə vurğulamaq istəyirik ki, ölkə başçısının xəbərdarlığına baxmayaraq, hələ də bəzi məmurların övladları qanundan kənar işlərlə məşğul olurlar.

Məlumata görə, İmişli Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev də cəmiyyətdə özünü normal apara bilmir. Prokurorluq orqanında çalışan oğul Hacıyev bahalı həyat tərzini xoşlayır və atasının qazandığı pullarla demək olar ki, bütün günü kef çəkir.

Məlumatlı mənbənin bildirdiyinə görə, Məhəmməd Hacıyev sırf karyera naminə prokurorluq orqanında çalışır: «Belə ki, icra başçısının oğlu vaxtının böyük hissəsini özü kimi imkanlı dostları ilə birlikdə şəhərin elit məkanlarında keçirir. Məmur oğlu davaya meyllidir. İndiyə qədər onun iştirakı ilə paytaxtın məşhur restoranlarında bir neçə dəfə kütləvi dava baş verib. Məsələn, bir müddət əvvəl Bakının ən məşhur restoranlarından biri olan «Şirvanşah» restoranında Vilyam Hacıyevin oğlu ofsiantları döyüb. O ofsiantı təhqirlə çağırdığı üçün qalmaqal düşüb. Məsələyə restoran rəhbərliyi qarışsa da, icra başçısının oğlu və iki dostu restoranın işçisini əzişdirməyi bacarıblar».

Araşdırmalar nəticəsində o da məlum olub ki, icra hakiminin oğlu həm də bahalı maşın kolleksiyasına sahibdir. Məhəmməd Hacıyevin avtomobil kolleksiyasına 10-PP-369 dövlət nömrə nişanlı «Bentley», «Land Rover», 90 AA 369 dövlət nömrə nişanlı «Mercedes S class», həmçinin son model «Mercedes Galendevagen» daxildir.

Sonda icra başçısı Vilyam Hacıyevə və oğluna bir sual vermək istəyirik: görəsən, İmişli camaatının dizə qədər palçığa batdığı bir vaxtda, Teymur Əliyev küçəsindəki 25 milyonluq villada yaşamaq çətin deyilmi? xalqxeber.az//

Vilyam Hacıyevin oğlu onun da, özünün da karyerasını təhlükəyə atır...
Vilyam Hacıyevin oğlu onun da, özünün da karyerasını təhlükəyə atır...
Vilyam Hacıyevin oğlu onun da, özünün da karyerasını təhlükəyə atır...

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın