Ana səhifə / Şou Biznes / “Videoya baxsınlar, kimin günahkar olduğunu ortaya çıxarsınlar”

“Videoya baxsınlar, kimin günahkar olduğunu ortaya çıxarsınlar”

“Əgər mənim günahkar olduğumu deyirlərsə, eybi yox, qoy, mən günahkar olum. Mənim günahım yoxdur! Günahı olanları Allaha tapşırıram və hər şeyi zamana buraxıram! Amma böyük sənətkar Yaşar Nuri (dayısı) sağ olsaydı, mənim başıma bu oyunu açmazdılar”. 

” Azinforum.az ” xəbər verir ki, bu sözləri News24.az-a açıqlamasında “Space” Televiziyasında “Hər səhər” verilişində baş vermiş xoşagəlməz məlum hadisənin “qəhrəmanı” müğənni Rüfət Axundov deyib.

“Rəşada heç bir iradım yoxdur, qüsuru gərək insan özü özündə tapsın” deyən R.Axundov, bu məsələdə özünü günahkar bilir: 

“Hər kəs özü səhvini başa düşməli və cavabdeh olmalıdır. Günahsız olduğumu görən insanların münasibəti, fikri mənə yetərlidir. Kor-kor, gör-gör, qoy, dəfələrlə o videoya baxsınlar və kimin günahkar olduğunu düzgün şəkildə ortaya çıxarsınlar”. 

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …