Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Vasif Talıbovun həyat yoldaşının səhhəti necədir?

Vasif Talıbovun həyat yoldaşının səhhəti necədir?

Ankaranın “İbn Sina” xəstəxanasında müalicə alan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun həyat yoldaşı Sevil Talıbovanın səhhəti yaxşılaşır.

Bu barədə AzVision.az-a S.Talıbovanın həkimi məlumat verib. Bildirib ki, S. Talıbova yaxın günlərdə reanimasiya şöbəsindən çıxarılacaq.

“Sevil xanım hazırda reanimasiya şöbəsindədir. Səhhətində müsbətə doğru irəliləyiş var. Onun sağalması üçün əlimizdən gələni edirik. Təhlükə artıq sovuşub. Narahat olmayın, xəstə mütəmadi olaraq həkim nəzarətindədir. Bir neçə gündən sonra onun reanimasiya şöbəsindən çıxarılması gözlənilir”.

Qeyd edək ki, bir neçə gün öncə səhhətində problem yaşanan Sevil Talıbova təcili helikopterlə Naxçıvandan Türkiyəyə aparılıb.

Onun qrip infeksiyasına yoluxduğu iddia edilir.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın